Modern.az

Heydər Əliyev Mərkəzinin parkında tanqo şou və idman dərsi

Heydər Əliyev Mərkəzinin parkında tanqo şou və idman dərsi

2 İyul 2017, 14:01

İyulun 1-də Heydər Əliyev Mərkəzinin parkında tanqo şou və master klas keçirilib.

 

Modern.az xəbər verir ki,  parkda dincələnlər müxtəlif yaşda tanqosevərlərin gözəl rəqsini seyr ediblər.  Latın Amerikası rəqsləri üzrə dəfələrlə Azərbaycan çempionu İlham Osmanov iştirakçılara, həmçinin ustad dərsi verib.

 

Bazar günü səhər isə uşaqlar üçün idman dərsi olub. 5-16 yaşlı uşaqlar və yeniyetmələr Mərkəzin parkında 5 dəfə Azərbaycan çempionu, Avropanın vitse-çempionu, «Tonus» klubunun məşqçisi Aelita Xələfovanın iştirakı ilə 1 saatdan artıq müddətdə səhər idmanı ediblər.

 

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Putinin Turan səhvi: Türklərin birləşməsinə mane ola bilmədi