Modern.az

Rüşvətxor məmurların reystri yaradılır

Rüşvətxor məmurların reystri yaradılır

2 İyul 2017, 20:16

Rusiya prezidenti Vladimir Putin korrupsiya əməlinə görə etimadın itirilməsi səbəbindən vəzifəsindən kənarlaşdırılmış məmur, hüquq-mühafizə orqanların əməkdaşları və hərbçilərin reyestrinin yaradılması haqqında qanun imzalayıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, dövlət sirri təşkil edən məlumatlar istisna olaraq reyestrə daxil edilməyəcək.

Rüşvətə görə vəzifəsindən kənarlaşdırılan prokurorluq, İstintaq komitəsi, Yanğından Mühafizə Xidməti, daxili işlər orqanları, gömrük orqanı, hərbçi, Mərkəzi Bank, dövlət korporasiyaları, Pensiya Fondunun vəzifəli şəxsləri həmin siyahıya daxil ediləcək.

Rüşvətxorların reyestri dövlət informasiya sistemində dərc ediləcək.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Putinin Turan səhvi: Türklərin birləşməsinə mane ola bilmədi