Modern.az

Ölən xəstənin qohumları həkimi döydü

Ölən xəstənin qohumları həkimi döydü

Aktual

3 İyul 2017, 00:21

Lənkəran şəhərində döyülmə hadisəsi baş verib. Modern.az "Report"a istinadən xəbər verir ki, şəhərdə yerləşən şadlıq saraylarından birində qəfil halı pisləşən orta yaşlı Xeyransa adlı qadına tibbi yardım göstərilməsi üçün "təcili yardım" çağırılıb.

Hadisə yerinə gələn Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi, Aşağı Nüvədi kənd sakini Vüsal Həsənov xəstənin həyatını xilas edə bilmədiyi üçün mərhumun qohumları tərəfindən döyülüb. Həkim baş və üz nahiyələrindən xəsarət alıb. "Təcili yardım" maşınına da ziyan vurulub.

Xəstənin ürəktutmasından keçindiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putinin Turan səhvi: Türklərin birləşməsinə mane ola bilmədi