Bakıdakı şahmat məktəblərindən birində oğurluq hadisəsi baş verib. Modern.az Lent.az-a istinadən xəbər verir ki, Nəsimi rayon sakini, 1994-cü il təvəllüdlü Mehdiyeva Şəmxs Əşrəf qızı polisə müraciət edərək bildirib ki, işlədiyi şahmat məktəbində telefonu oğurlanıb. Onun sözlərinə görə, Sarayevo 12 ünvanında yerləşən şahmat məktəbinin sinif otağında telefonunu masanın üstünə qoyaraq sanitar qovşağa gedib. Geri qayıdanda isə 23 yaşlı müəllimə “Sony X Peria” markalı telefonunun oğurlandığını görüb.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 34-cü bölməsində araşdırma aparılır.
Modern.az