Modern.az

Kür çayında boğulan ikinci polisin də meyiti tapıldı

Kür çayında boğulan ikinci polisin də meyiti tapıldı

3 İyul 2017, 10:40

Kür çayında batan digər polis əməkdaşının da meyiti tapılıb. Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib. Rəsmi məlumata görə, iyulun 2-də Kür çayının Ağstafa rayonu, Saloğlu qəsəbəsindən keçən hissəsində batmış 1991-ci il təvəllüdlü Şahlar Ramiz oğlu Mamayevin cəsədi saat 09:27-də Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb.

Bundan əvvəl digər polis işçisi, 1993-cü il təvəllüdlü Qalib Cəlal oğlu Novruzovun cəsədi taplılmışdı.

 

Xatırladaq ki, iyulun 2-də üç polis əməkdaşı öz peşə bayramlarını qeyd etmək üçün Kürün kənarına gəliblər. Kürdə çimən vaxt su axını onları aparıb. Polis əməkdaşlarından 1-i xilas edilib, 2 polis əməkdaşı isə suda boğulub. 

Qeyd edək ki, onlar Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Ağstafa Xətt Polis Bölməsinin əməkdaşlarıdır.



Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putinin Turan səhvi: Türklərin birləşməsinə mane ola bilmədi