Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakıdakı nümayəndələri iyulun 1-də bir müddət əvvəl Azərbaycanının səlahiyyətli orqanları tərəfindən saxlanılan Ermənistan vətəndaşı hərbçi Zaven Karapetyana baş çəkib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə BQXK-nın Yerevan nümayəndə heyətinin kommunikasiya proqramları rəhbəri Zara Amatuni məlumat verib.
Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, iyunun 20-də axşam saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində müdafiə xəttini keçməyə cəhd göstərib. Bölmələrimiz tərəfindən aşkar edilən düşmənə qarşı görülən qabaqlayıcı tədbirlər nəticəsində kəşfiyyat qrupu itki verərək geri çəkilməyə məcbur edilib. Təxribat qrupunun bir üzvü, 1974-cü il təvəllüdlü Zaver Hovanis Karapetyan ələ keçirilib.
Mirmahmud KAZIMOĞLU