Modern.az

Heydər Əliyev Mərkəzinin parkında uşaqlar arasında futbol turniri olub

Heydər Əliyev Mərkəzinin parkında uşaqlar arasında futbol turniri olub

3 İyul 2017, 11:41

İyulun 2-də Heydər Əliyev Mərkəzinin parkında uşaqlar arasında futbol turniri keçirilib.

 

Turnirdə əvvəlcədən qeydiyyatdan keçməklə 110 nəfər iştirak edib.

 

İştirakçılar əvvəlcə məşq edib, onlara oyunun təməl bilikləri – topla davranış, kiçik pas texnikası və s. tövsiyələr verilib.

 

Futbol həvəskarları 3 yaş qrupu üzrə (5-7 yaş, 8-10 yaş, 11-14 yaş) komandalara bölünüb və 22 komanda  arasında yarış olub.

 

Yarışa «Leon» uşaq futbol klubunun UEFA «B» lisenziyalı məşqçiləri nəzarət edib. Oyunlar zamanı fərqlənən 6 iştirakçıya «Leon» futbol klubuna 1 aylıq üzvlük kartı hədiyyə olunub.



Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putinin Turan səhvi: Türklərin birləşməsinə mane ola bilmədi