Modern.az

Azərbaycan istehsalı velosipedlərin təqdimatı - Qiymət 3500 manatadək...

Azərbaycan istehsalı velosipedlərin təqdimatı - Qiymət 3500 manatadək...

3 İyul 2017, 11:55

İyulun 6-da “Park Bulvar”da “İSMA BİKES” zavodunun istehsalı olan velosipedlərin təqdimatı olacaq.

Bu barədə Modern.az-a “İSMABİKESzavodunundirektoruElçinQəhrəmanov məlumat verib.

O bildirib ki, hazırda zavod tam surətdə fəaliyyətdədir:

“Ümumilikdə 30 işçi birnövbəli rejimdə çalışır. Onlar səhər 9-dan axşam saat 6-a qədər işləyirlər. 38 modeldə 49 velosiped təqdim olunacaq. Velospiedlərin hamısı Azərbaycan istehsalıdır”.

 

Direktor velosipedlərin ilkin qiymətlərini də açıqlayıb:

 

“Velosipedlər modellərdən asılı olaraq 70 manatdan 3500 manatadək dəyişir”.

 

Xatırladaq ki, “İSMA BİKES” velosiped istehsalı zavodunun açılışı prezident İlham Əliyevin iştirakı ilə 2016-cı ilin avqustunda olub.

 

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putinin Turan səhvi: Türklərin birləşməsinə mane ola bilmədi