Havaların isti keçdiyi son iki gündə günvurma halı qeydə alınmayıb.
Bu barədə Modern.az-a Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev məlumat verib.
Baş həkim bildirib ki, ümumilikdə mövsüm başlayandan indiyədək 7 nəfəri gün vurub:
“Onlardan iki nəfəri xəstəxanaya yerləşdirilib. Lazımi müalicə aldıqdan sonra evə buraxılıblar. Şənbə, bazar və bu gün hələ ki, müraciət daxil olmayıb”.
Gülşən RAUFQIZI