İyulun 3-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva Macarıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri İmre Laslotski ilə Fondda görüş keçirilib.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətindən söz açanG.Əfəndiyeva macarların tarixən türkdilli xalqlar ilə bağlılığını, bir çox ortaq adət-ənənə və mədəni dəyərləri bölüşdüyünü bildirmişdir. G.Əfəndiyeva Macarıstanda türkologiyanın inkişafını və bu sahədə bir çox elmi araşdırmaların aparılmasını,eləcə də Macarıstanınmüşahidəçi dövlət olaraq TürkPA-ya üzv olduğunu qeyd edərək Macarıstan ilə əlaqələrin inkişaf perspektivlərini müzakirə edib.
İ.LaslotskiFonduntürkdilli xalqların tarixi-mədəni irsinin qorunması və təşviqi, bütövlükdə Türk dünyasının birliyiistiqamətində fəaliyyətinin əhəmiyyətini vurğulamış, yaxın gələcəkdə Macarıstanla birgə layihələrin keçirilməsinə dəstəyini ifadə etmişdir. İ.Laslotski Macarıstanda türk mədəniyyətinin və irsinin daha da təbliğ edilməsinin vacibliyini qeyd edib.
Görüşdə Fondun Macarıstanın qurum və təşkilatları ilə əməkdaşlıq məsələsinə dair qarşılıqlı fikir mübadiləsi aparılıb.
Modern.az