Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Gülnarə Novruzovanın ətrafında Nəsimi RPİ 21-ci PB-nin və Nərimanov RPİ 16-cı PB-nin əməkdaşları tərəfindən əlavə tədbir aparılıb.
Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, onun mayın 4-də, 19-da və 24-də paytaxt sakinləri olan 3 qadının çantalarından 300 manat, 200 avro və 200 ABŞ dolları, 1000 manat olan pulqabı, habelə sənəd oğurlaması müəyyən edilib.
Modern.az