Modern.az

Makrona qarşı sui-qəsdin qarşısı alındı

Makrona qarşı sui-qəsdin qarşısı alındı

Aktual

3 İyul 2017, 16:23

Fransa prokurorluğu prezident Emmanuel Makrona sui-qəsd planlaşdıran 23 yaşlı ölkə vətəndaşına rəsmi ittiham irəli sürüb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o, internet saytlarından birində Kalaşnikov avtomatı almaq istəyərkən saxlanılıb. Potensial terrorçu hücumu 14 iyul Bastiliya qalasının alındığı gün həyata keçirmək istəyirdi.

 

İstintaq zamanı fransız ölkədəki milli azlıqlara qarşı da hücumlar planlaşdırdığını etiraf edib.

 

Vüqar İSMAYILOV

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama