“Azərbaycanda jurnalist fəaliyyətinə görə, həbsdə olan heç bir media nümayəndəsi yoxdur. Ölkədə azad fikir və azad yayım praktikası mövcuddur. İstənilən jurnalist istənilən məmuru tənqid edə, istənilən qurumun fəaliyyrti ilə tanış ola bilər”.
Modern.az-ın məlumatına görə, bu sözləri Prezident Administrasiyasının ictimia-siyasi şöbəsinin müdiri Əli Həsənov bir sıra beynəlxalq təşkilatların hesabatlarında Azərbyacanda KİV-ə qarşı basqıların olması barədə yer alan ittihamları cavablandırarkən bildirib. Hesabata adı düşən “Gündəlik Azərbaycan” qəzetinin baş redaktoru Eynulla Fətullayevin peşə fəaliyyəti ilə bağlı həbsdə olması barədə fikirləri PA rəsmisi rədd edib.
“Eynulla Fətullayevin həbsi jurnalistika fəaliyyəti ilə bağlı deyil. Bəzi beynəlxalq təşkilatların Azərbaycanda söz azadlığı ilə bağlı açıqlamalarına sadəcə təəccüblənmirəm. Ona görə təəccüblənmirəm ki, onlar Azərbaycanla bağlı belə subyektiv mülahizələrdən çıxış edərək açıqlamalar verirlər. Bu təşkilatlar getdikcə öz müstəqilliklərini itirərək, ayrı-ayrı mərkəzlərin sifarişlərini yerinə yetirməyə başlayırlar”.
“Diffamasiya haqqında” qanunun qəbulu barədə danışan Əli. Həsənov bildirib ki, bu qanun jurnalıistləri məsuliyyətdən azad etmir və KİV təşkilatları qarşısında daha ciddi məsuliyyətlər qoyur. Bu istqamətdə Mətbuat Şurasının mühüm işləri olub və bu işləri müsvbət qiymətləndirmək lazımdır.
Qeyd edk ki, bu gün Bakıda ATƏT-in Bakı Ofisi və Mətbuat Şurasının təşkilatçılığı ilə “Qanunvericiliyə dəyişikliklər etmək yolu ilə diffamasiyanın dekriminalizasiyası” mövzusunda konfrans keçirilir.
Modern.az