Bir neçə gün əvvəl 22 yaşlı idmançı, Azərbaycan çempionu Reyhan Məmmədovanın Nobel prospektindəki yol qəzasında baş verən dəhşətli ölümündən sonra ərazidə piyada keçidi ləğv olunub. Belə ki, dünəndən etibarən piyada zolağı qara rəngə boyanıb.
“Azəravtoyol” ASC-nin mətbuat katibi Anar Nəcəfli Modern.az-a deyib ki, piyada keçidi təmsil etdiyi qurum tərəfindən ləğv olunmayıb:
“Yol hərəkətinin təşkili və təhlükəsizliyi ilə bağlı məsələlər "Azəravtoyol" ASC-nin səlahiyyətlərinə aid deyil”.
O deyib ki, Yol Hərəkəti Təhlükəsizliyi komissiyasının razılığı ilə yeni qurulan və təmir edilən yollar istisna olmaqla hansısa ərazidə piyada zolağı çəkib və ya silmək məsələsinə “Azəravtoyol” baxmır.
Gülşən RAUFQIZI