Modern.az

Qaxda musiqiçi itkin düşüb

Qaxda musiqiçi itkin düşüb

Aktual

3 İyul 2017, 20:15

Qaxda 40 yaşlı kişi itkin düşüb. Modern.az "Report"a istinadən xəbər verir ki, bu il iyulun 2-də Qax şəhəri, M.Gəncəvi küçəsi, ev 5 ünvanında yaşayan Aynurə Vahid qızı Kazımova Qax Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edərək bildirib ki, həyat yoldaşı, 40 yaşlı Rəşad Vaqif oğlu Cəfərov 22.06.2017-ci il tarixində axşam saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb.

Rəşad Cəfərovun əlamətləri: Boyu 178 sm, gözlərinin rəngi qəhvəyi, saçları qısa və qaradır. Evdən çıxarkən əynində qara rəngli şalvar, ağ köynək, qırmızı qalstuk, göy rəngli pencək, ayağında şabalıdı rəngli ayaqqabı olub.

R.Cəfərov sintezator ifaçısı olub. Həyat yoldaşının bildirdiyinə görə, o, iyunun 22-də Bakı şəhərinə məhz sintezator almaq adı ilə gedib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama