Modern.az

Rusiya Xəzərdəki hərbi qüvvələrini döyüş hazırlığı vəziyyətinə gətirdi

Rusiya Xəzərdəki hərbi qüvvələrini döyüş hazırlığı vəziyyətinə gətirdi

Aktual

3 İyul 2017, 23:07

Rusiya Xəzər dənizindəki hərbi qüvvələrini yüksək döyüş hazırlığı vəziyyətinə gətirib. Modern.az  APA-ya istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsindən 1000 nəfərə yaxın hərbçinin iştirakı ilə təlimlərin plana uyğun aparıldığı bildirilir.

Həştərxan vilayətində və Dağıstanda yerləşdirilən Xəzər donanması dəniz piyadaları həyəcan siqnalı ilə ayağa qaldırılıb. Təlimlərə 10-dan çox hərbi və yardım gəmisi, 150 döyüş və xüsusi texnika cəlb edilib.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama