Modern.az

Bakıda ATƏT-in KİV-lə bağlı böyük konfransı keçirilir

Bakıda ATƏT-in KİV-lə bağlı böyük konfransı keçirilir

11 May 2011, 11:53

Bu gün  ATƏT-in Bakı Ofisi və Mətbuat Şurasının birgə “Qanunvericilik islahatları vasitəsilə diffamasiyanın dekriminallaşdırılması” mövzusunda konfransı keçirilir. Modern.az saytı xəbər verir ki, konfransda hökumət, parlament, vətəndaş cəmiyyəti və KİV nümayəndələri ifadə və media azadlığının qorunmasında diffamasiyanın dekriminallaşdırılmasının vacibliyi ətrafında  müzakirələr aparıblar.

Konfransda çıxış edən Prezident Administrasiyanın İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib ki, son illər Azərbaycanda mediya muhitinin plurializmləşməsində Mətbuat Şurasının əvəzsiz xidmətləri var.
“Baxmayaraq ki, Şuraya daxildən basqılar edilir, lakin həmin insanlar öz istəklərinə nail ola bilmədilər” .

Konfransda iştirak edən ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç çıxış edərək bildirib ki, belə bir mühum  tədbir münasibəti ilə burada olmağına şaddır.
“Belə bir mühum tədbir münasibətilə  bu gün burda olmaqda məmnunam Azərbaycan hakimiyyətinin diffamasiyanı dekriminallaşdırmaq və bu addımı atmış ATƏT-ə üzv dövlətlər sırasına qoşulmaq təşəbbüsünü yüksək qiymətləndirirəm”-deyə o vurğulayıb.

Daha sonra konfrasda çıxış edən ATƏT-in Bakı Ofisinin rəhbəri Əli Bilgə Cankorel isə bildirib ki, ifadə və media azadlığı ATƏT-in təməl prinsiplərinin özəyini təşkil edir və diffamasiyanın dekriminallaşdırılması hər zaman ATƏT-in Bakı ofisinin əsas prioritetlərindən biri olub.
“Biz bu gün həmin məqsədə nail olmaq üçün Mətbuat Şurasının müvafiq qanunvericilik təşəbbüsünə dəstək verməkdə məmnunuq”.

2010-cu ildə Mətbuat Şurası ölkədə medianın özünün tənzimləməsi mexanizmini təkmilləşdirməsinə köməklik göstərmək üçün ATƏT-in Bakı Ofisinə müraciət edib və ATƏT-in tövsiyələrinə uyğun olaraq Mətbuat Şurası peşəkar jurnalistika və etik davranışa dair daha aydın istiqamətləri təmin etmək üçün jurnalistlərə etik davranış kodeksini yenidən nəzərdən keçirib.

Konfransda çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov diffamasiya qanunu haqqında geniş nitq söyləyib və qanunun əhəmiyyətindən danışıb.

Konfrans hal-hazırda davam edir, tədbirdə yerli və beynəlxalq mütəxəssislər diffamasiya haqqında beynəlxalq standartlar, ölkə qanunvericiliyi və jurnalistləri qorumaq üçün effektik addımlara dair təqdimatlarla çıxış edirlər.

Anar Rüstəmov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?