Modern.az

İŞİD-lə Əl-Qaidə birləşə bilər – Sensasion İDDİA

İŞİD-lə Əl-Qaidə birləşə bilər – Sensasion İDDİA

Dünya

4 İyul 2017, 12:54

İŞİD və Əl Qaidə qruplaşmaları birləşə bilər.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa Birliyinin terrorizmlə mübarizə üzrə koordinatoru Jil de Kerşov deyib.

 

Kerşovun fikrincə, cəbhədə ağır məğlubiyyətlərə uğrayan İŞİD internetdəki təbliğat materiallarının köməyi ilə nüfuzunu saxlamağa çalışır. Eyni zamanda qruplaşmanın digər güclü təşkilatlar, o cümlədən Əl-Qaidə ilə birləşməsi də gündəmdədir.

 

Avropa Birliyinin polis orqanı sayılan Avropol-un dünyadakı terror saytlarını izlədiyini və 30 min qanunsuz ekstremist saytı bağladıqlarını da Kerşov öz müsahibəsində danışıb.

 

Vüqar İSMAYILOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?