Modern.az

İran xarci işlər nazirinin Qarabağa gizli səfəri...

İran xarci işlər nazirinin Qarabağa gizli səfəri...

Təhsil

11 May 2011, 12:20

İstefasından bir ay əvvəl Mənüçöhr Muttəki işğal olunmuş rayonlarımızda olub

İranın keçmiş xarici işlər naziri Mənuçöhr Muttəki ilə bağlı qalmaqallı və şok informasiya yayılıb. Modern.az xəbər verir ki, “Panarmenian” Agentliyinin yüksək rütbəli mötəbər mənbələrdən əldə etdiyi məlumata görə, Muttəki İranın xarici işlər naziri kimi 2010-cu ilin payızında Azərbayvanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində və ətraf rayonlarda - Zəngilan, Qubadlı və Cəbrayılda səfərdə olub. 
Heç bir məlumat açıqlanmayan və son dərəcə gizli keçən səfər tanışlıq xaraketri daşıyıb. Muttəki qondarma “DQR” rəhbərləri ilə görüşüb və onların müşayəti ilə Azərbaycan sərhədlərini gəzib.

2005-ci ildən İranın xarici işlər naziri olan Muttəki 2010-cu ilin dekabrında Mahmud Əhmədinejad tərəfindən istefaya göndərilib. Maraqlıdır ki, Mutttəki xarici ölkədə səfərdə olarkən vəzifəsindən azad edilib. KİV nazirin qəfil istefanın səbəblərini aydınlaşdıramq istəsə də, mümkün olmayıb. 

Bu məlumat istefanın mümkün variantlarından biri kimi ortaya maraqlı məqamları çıxarıb. Ola bilsin ki, xarici işlər nazirinin bu arzuolunmaz səfəri ciddi diplomatik qalmaqal yaradıb və Muttəkini istefaya göndərmək son çıxış yolu olub.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular