Modern.az

Ümumrusiya Azərbaycan Konqresi apellyasiya şikayətinə baxışı gözləyir

Ümumrusiya Azərbaycan Konqresi apellyasiya şikayətinə baxışı gözləyir

4 İyul 2017, 14:18

Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) fəaliyyətinin dayandırılması hələ ki qüvvədədir.

Bu barədə Modern.az-a ÜAK-ın icraçı katibi İlqar Hacıyev məlumat verib.

O deyib ki, yekun qərar sentyabrın 19-da baxılacaq apellyasiya şikayətindən sonra bəlli olacaq:

“Apellyasiya şikayətinin müsbət həll olunacağına ümid edirik. Hazırda isə heç bir yenilik yoxdur”.

Qeyd edək ki, Rusiya Ali Məhkəməsi 2017-ci il 15 may tarixində Ədliyyə Nazirliyinin iddiası əsasında ÜAK-ın qeydiyyatını ləğv edib. İyunun 15-də ÜAK Rusiya Ali Məhkəməsinin müvafiq qərarından apellyasiya şikayəti verib.

Xatırladaq ki, Ümumrusiya Azərbaycan Konqresi 2001-ci ildə yaradılıb.

 

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama