Modern.az

Səməd Seyidov İndoneziya səfirinə ADU-da iş təklif edib

Səməd Seyidov İndoneziya səfirinə ADU-da iş təklif edib

Təhsil

11 May 2011, 12:53


Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili, professor Səməd Seyidov İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli  səfiri İvan Viranataatmacanı səlahiyyət müddətinin başa çatması münasibətilə qəbul edib. Ölkələrimiz arasında əlaqələrin çox vacib və əhəmiyyətli olduğunu bildirən Səməd Seyidov mədəniyyət, elm və bu kimi digər humanitar sahələrdə əməkdaşlığın bir çox əlaqələrin inkişafına təkan verdiyini deyib. Bu istiqamətdə Azərbaycan Dillər Universiteti ilə münasibətlərin çox vacib olduğunu diqqətə çatdırıb.

İvan Viranataatmaca öz növbəsində, Azərbaycan Dillər Universiteti ilə əlaqələrin davamlı olacağına ümid ifadə edib. O, Azərbaycanlı tələbələrin İndoneziyada müxtəlif proqramlar üzrə təhsil aldıqlarını bildirib. Səfirliyin bu istiqamətdə Dillər Universiteti ilə fəal şəkildə işlədiyini və ADU-dakı İndoneziya mərkəzinin fəaliyyətindən razı qaldığını bildirib
Səməd Seyidov  ADU-nun tələbəsinin İndoneziyada keçirilən festivalda iştirak edərək Azərbaycanı, həmçinin Dillər Universitetini təmsil etdiyi üçün qürur hissi keçirdiyini deyib. O, səfirə ADU-da professor kimi fəaliyyət göstərməyə dəvət edib.

Səfir İvan Viranataatmaca bu təklifi böyük məmnuniyyətlə qəbul etdiyini söyləyib.

Sonra səfir və onu müşayiət edən qonaqlar ADU-nun İndoneziya Mərkəzində təşkil olunan tədbirə qatılıblar. Səfir ADU-nun Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin İndoneziyaşünaslıq ixtisası üzrə təhsil alan tələbələr qarşısında çıxış edib. ADU-nun İndoneziya Mərkəzinin müdiri Laura Zərbəliyeva təmsil etdiyi struktur adından səfirə xatirə hədiyyəsi təqdim edib.

Modern.az 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular