Modern.az

Tanınmış jurnalist “Ayna-Zerkalo”dakı işindən çıxdı

Tanınmış jurnalist “Ayna-Zerkalo”dakı işindən çıxdı

Media

11 May 2011, 12:59

Tanınmış jurnalist, siyasi icmalçı Azər Rəşidoğlu “Ayna-Zerkalo” qəzetindən gedib. Bu barədə Modern.az-a daxil olan məlumatı dəqiqləşdirmək üçün A.Rəşidoğlu ilə əlaqə saxladıq. Məlumatı təsdiq edən jurnalist bildirdi ki, o artıq “ Zerkalo” qəzetinin siyasət şöbəsinin rəhbərliyindən və qəzetdən işdən çıxıb. A.Rəşidoğlu bunun səbəblərini mətbuata açıqlamaq istəmədiyini bildirib.
“Mən bu qərarım barədə baş redaktor Elçin Şıxlinskiyə demişəm”-deyə o, vurğulayıb.

A.Rəşidoğlu bildirib ki, bundan sonra müstəqil jurnalist kimi fəaliyyət göstərmək niyyətindədir.

Özünün ciddi siyasi analitik yazıları ilə mediada  tanınan Azər Rəşidoğlu uzun müddət idi ki, bu nüfuzlu qəzetdə işləyirdi.

Modern.az

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi