Modern.az

Türkiyə Almaniya arasında gərginlik

Türkiyə Almaniya arasında gərginlik

Dünya

4 İyul 2017, 20:02

Türkiyə Almaniya arasında növbəti gərginlik yaşanır. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Almaniyaya etiraz notası verib. Buna səbəb isə iyulun 3-də "Siyasi Gözəllik Mərkəzi" adlı təşkilatın Berlində Almaniya hökumətinin binası qarşısında bir avtomobilin önündə açdığı plakat olub.

Notada qeyd edilib ki, Almaniya Nazirlər Kabinetinin binası qarşısında və təhlükəsizlik qüvvələrinin mühafizəsində bu cür zorakılığı təbliğ edən bir aksiyanın keçirilməsinə icazə verilməsi anlaşılan və qəbul edilən deyil, barışa xidmət etmir.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və Səudiyyə Ərəbistanının kralı Salmanın şəkillərinin olduğu plakatda yazılıb ki, “bu avtomobilin sahibi olmaq istəyirsənsə, diktaturanı öldür”. 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?