Modern.az

“Merсedes” qəzaya düşdü: 2 yaralı

“Merсedes” qəzaya düşdü: 2 yaralı

Aktual

5 İyul 2017, 00:46

Qaxda baş verən yol qəzasında iki nəfər xəsarət alıb. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə  iyulun 4-ü axşam saat 20 radələrində Qax-Qum-Süskən avtomobil yolunda baş verib. Qax Mərkəzi Rayon xəstəxanasından (MRX) verilən məlumata görə, yol qəzasında iki nəfər, 1973-cü il təvəllüdlü Qax rayonu Süskən kənd sakini İsmayıl Məmmədyə oğlu Novruzov və 1962-ci il təvəllüdlü Etibar Ümüdvar oğlu Həsənov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxananın cərrahiyə şöbəsinə yerləşdiriliblər. Hər iki yaralıya lazımı tibbi yardım göstərilib, vəziyyətləri orta stabil qiymətləndirilir.

Qax rayon Polis Şöbəsindən bildirilib ki, Etibar Həsənov idarə etdiyi “Merсedes” markalı minik avtomobilinin idarəetməsini itirməsi səbəbindən maşını yolun kənarına aşırıb.

Məlumatda bildirilir ki, qəza baş verən zaman sürücü və sərnişin sərxoş vəziyyətdə olublar.

Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama