Modern.az

Azərbaycanın xalq artisti reanimasiyaya yerləşdirilib  

Azərbaycanın xalq artisti reanimasiyaya yerləşdirilib    

Aktual

5 İyul 2017, 10:52

Azərbaycan Respublikasının Xalq artisti Böyükxanım Əliyeva xəstəxanaya yerləşdirilib.

Bu barədə məlumatı Facebook sosial şəbəkəsində Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Rəhim Rəhimov yazıb.

Bildirilir ki, xalq artistinin vəziyyəti qəfil pisləşib və o, hazırda reanimasiyadadır.

R.Rəhimov həmçinin qeyd edib ki, Böyükxanım Əliyevaya təcili olaraq mənfi rezuslu 3-cü qrup qan lazımdı.

Modern.az xəbər verir ki, xalq artisti hazırda Semaşko xəstəxanasının reanimasiya şöbəsindədir. Xəstəxanadan saytımıza verilən məlumata görə Böyükxanım Əliyevanın ümumi vəziyyəti ağır olsa da, səhhətində hələki stabillik müşahidə olunur:

“Xalq artistinin vəziyyəti stabildir. Qanaxması dayanıb. Lakin qan qrupu mənfi rezuslu olduğuna görə hələ də qana tələbat var. Qan vermək istəyənlər gələ bilərlər”.

 

Günay RƏSULQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama