Modern.az

Flora Qasımova: “Ermənistana sərt təpkilər olmasa, vandalizm aktları davam edəcək”  

Flora Qasımova: “Ermənistana sərt təpkilər olmasa, vandalizm aktları davam edəcək”   

Aktual

5 İyul 2017, 11:20

İşğalçı Ermənistanın Fizuli rayonunun Alxanlı kəndini, sivil insanları minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində, törətdikləri təxribat nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb.

Modern.az xəbər verir ki, Milli Məclisin deputatı Flora Qasımova ermənilərin bu növbəti vəhşiliyinə, dinc əhaliyə qarşı törətdikləri cinayət əməllərinə münasibət bildirərək qeyd edib ki, ermənilərə ciddi təpki göstərilməsə, işğalçı Ermənistan bu cür vandalizm aktlarını davam etdirəcək.

Millət vəkili vurğruayıb ki, ermənilər tərəfindən törədilmiş bu cinayətə dünya birliyi heç bir müzakirəsiz qiymət verməlidir, çünki fakt göz qarşısındadır və nə qədər ki, Ermənistan ordusu Azərbaycan torpaqlarından çıxarılmayıb, bu belə də davam edəcək. 2 yaşlı bir körpənin vəhşicəsinə qətlə yetirilməsinin isə yalnız bir adı var – bəşər övladına qarşı qeyri-insani cinayət əməli...

 

İlham Cəmiloğlu 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama