Ermənistan Azərbaycanın işğa altındakı torpaqlarında yerləşən döyüş postlarını daimi su xətti ilə təmin etmək istəyirlər.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə qondarma “rejimin prezident köməkçisi” Tiqran Abramyan məlumat verib. Onun sözlərinə görə, təmas xəttindəki hərbçilər gün ərzində qeyri-mədud miqdarda sudan isitfadə edə biləcəklər.
“Hazırda məsələ ilə bağlı pilot proqram Cəbrayılda uğurla həyata keçirilir. Bir sıra mövqelərimiz su ilə təmin olunub. Bu layihə bizə böyük maliyyə vəsaitinə qənaət etməyə imakn verəcək”.
Vüqar İSMAYILOV