Bakıda Qara Qarayev adına 7 saylı Doğum evində ana ölümü baş verib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Modern.az-a bildirib ki, Turanə Məmmədova iyulun 4-də xroniki hepoksiya diaqnozu ilə 7 saylı Doğum evinə daxil olub:
“Həmin gün 12:30 qeysəriyyə kəsiyi ilə əməliyyat aparılıb və 3300 kq çəkidə diri oğlan uşağı dünyaya gəlib”.
Nazirlik rəsmisi deyib ki, qanaxma əməliyyatdan sonra başlayıb:
“Bütün lazımi reanimasiya tədbirləri görülüb. Amma buna baxmayaraq T.Məmmədovanın həyatını xilas etmək mümkün olmayıb”.
Yaxınlarının həkim səhlankarlığı ilə açıqlamasına gəlincə, S.Əhmədova meyitin patoloji anatomik müayinəsinin aparıldığını deyib:
“Hazırda Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyası tərəfindən araşdırma aparılır. Nəticələr barədə ictimaiyyətə məlumat evriləcək”.
Gülşən RAUFQIZI