Modern.az

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Azərbaycanın ərazi bütövlüyü ilə bağlı Deklorasiya qəbul etdi - ÖZƏL  

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Azərbaycanın ərazi bütövlüyü ilə bağlı Deklorasiya qəbul etdi - ÖZƏL   

Aktual

5 İyul 2017, 14:52

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) 49- cu Baş Assambleyasının bu gün keçirilən iclasında Azərbaycanın ərazi bütövlüyünün və sərhəd toxunulmazlığının tanınması ilə bağlı Deklorasiya qəbul edilib.

Bu barədə Modern.az-a Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Musa Quliyev məlumat verib.

Deputat bildirib ki, bu gün keçirilən iclasda QDİƏT-in yaranmasının 25 illiyinə həsr olunmuş Deklorasiya qəbul edilib.

“Bu Deklorasiya ilk sənəddir ki, QDİƏT-ə üzv ölkələr bir-birinin ərazi bütövlüyünü və sərhəd toxunulmazlığını tanıyır. Müzakirələr zamanı bu prinsipin vacibliyi qeyd olundu”.

M.Quliyev qeyd edib ki,  Ermənistan və Rusiya xaric QDİƏT-ə bütün üzv ölkələr sənədi dəstəkləyib.

 “Sənəd 10 lehinə və 2 əlehinə səs olmaqla qəbul edildi. Amma sənəd ermənilərin təkidi ilə təkrar olaraq fərdi səsverməyə qoyuldu. Nəticədə sənədin 44 lehinə, 9 isə əlehinə səs verilməklə vacib tarixi qələbə qazandıq. Azərbaycan nümayəndə heyətinin gərgin əməyi öz bəhrəsini verdi”.

Qeyd edək ki, hazırda QDİƏT-də Azərbaycan nümayəndə heyətinin rəhbəri Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədr müavini Eldar Quliyevdir.

 

Mirmahmud KAZIMOĞLU

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama