Modern.az

UNİCEF dinc azərbaycanlıların ölümündən narahatlığını bildirdi

UNİCEF dinc azərbaycanlıların ölümündən narahatlığını bildirdi

Aktual

5 İyul 2017, 15:31

"UNICEF vətəndaşların həlak olması ilə nəticələnən hadisələrdən narahatdır”.

 

Modern.az-ın məlumatına görə, bunu UNICEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin (Edward Carwardine) deyib.

E.Karvardin qeyd edib ki, biz hər iki tərəfi uşaqları təhlükədən qorumaq üçün əllərindən gələni etməyə və təmkinli davranmağa çağırırıq.

 

Qeyd edək ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alıxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır yaralanıb.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama