Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə facebook səhifəsində maraqlı bir müqayisə aparıb.
Modern.az xəbər verir ki, Facebook-da Serj Sarkiasyanın qız nəvəsi ilə çəkdiyi fotonu paylaşan deputat, erməni təxribatı nəticəsində ötən gün həlak olan 18 aylıq Zəhra Quliyevanın fotosunuda yerləşdirib.
“Birinci foto Xocalı soyqırımının təşkilatıcısı və iştirakçısı, hal-hazırda Ermənistan respublikasının prezidenti və silahlı qüvvələrinin ali baş komandanı Serj Sarqsyanın nəvəsi ilə şəklidir.
O nəvəsini çox sevir.
İkinci şəkil isə Xocalı soyqırımın təşkilatçısı və iştirakçısı, ha-hazırda Ermənistan respublikasının prezidenti və silahlı qüvvələrinin ali baş komandanı Serj Sarqsyanın tapşırığı ilə 4 iyul 2017-ci il tarixində öldürülmüş Azərbaycanın Fizuli rayonunun Alıxanlı kənd sakni iki yaşlı Zəhra Quliyevın şəklidir.
Ermənistan prezidenti ancaq öz nəvəsini sevir. Azərbaycanlı uşaqlar isə onun düşmənləridir”- deyə deputat fotoları şərh edib.
Mirmahmud KAZIMOĞLU