Modern.az

2 yaşlı Zəhranın qanlı fotosu NATO-nun tədbirində nümayiş etdirildi  

2 yaşlı Zəhranın qanlı fotosu NATO-nun tədbirində nümayiş etdirildi   

Aktual

5 İyul 2017, 17:16

Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən NATO Parlament Assambleyasının (PA) 95-ci “Rose-Roth” seminarında ötən gecə erməni silahlıları tərəfindən Füzuli rayonunda dinc azərbaycanlıların artilleriya atəşinə tutulması nəticəsində yaşlı qadının və körpə uşağın öldürülməsi məsələsi qaldırılıb.

Modern.az xəbər verir ki, iclasda iştirak edən Azərbaycanın NATO PA-da nümayəndə heyətinin üzvü, deputat Məlahət İbrahimqızı artlleriya atəşi nəticəsində Sahibə Quliyeva ilə birlikdə qətlə yetirilən nəvəsi, 2 yaşlı Zəhra Quliyevanın al qana qərq edilmiş fotolarını seminarın keçirildiyi salonun dəhlizində erməni vəhşiliyinə etiraz aksiyası olaraq  nümayiş etdirib.

Millət vəkili seminar iştirakçılarına hadisə haqqında ətraflı məlumat verib. Bildirib ki, Xocalıda uşaqlara qarşı soyqırımı həyata keçirilməsində iştirak edən Ermənistan prezidenti Serj Sarkisyan bu gün də həminəməllərini Qarabağda davam etdirir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama