Modern.az

Zəhranın ölümü ilə bağlı keçiriləcək yürüş təxirə salındı

Zəhranın ölümü ilə bağlı keçiriləcək yürüş təxirə salındı

Aktual

5 İyul 2017, 18:56

Ermənistan Silahllı Qüvvələrinin açdığı atəş nəticəsində həyatını itirən 18 aylıq Zəhra Quliyeva ilə bağlı keçiriləck yürüş təxirə salınıb.

 

Modern.az bununla bağlı yayımlanmış bəyanatın mətnini təqdim edir.

 

“Əvvəl de xəbər verdiyimiz kimi, bir sıra gənclər təşkilatlarının bir qrupu 2 yaşlı Zəhra Quliyevanın ermənilər tərəfindən öldürülməsi ilə bağlı yürüş keçirmək arzusunda olduqlarını bildirmişdilər. 

 

Gənclər təşkilatlari ilə  bugün keçirilən  görüşün nəticəsi olaraq, belə qərara alındı ki, mövcud təcrübəyə görə beynəlxalq təşkilatlarla birbaşa görüşlər, bəyanatlar, müraciətlər və ən ümdəsi sosial resurslardan istifadə,  ermənilərin Azərbaycana qarşı apardığı vandalizm və terrorizm aktlarını, azərbaycanlılara qarşı törətdikləri təcavüz və  qəddar addımların dünya ictimaiyyətinə çatdırılmasında  yürüşlə müqayisədə daha effektiv nəticə verir.

 

Bu səbəbdən, gənclər təşkilatları bu yürüşün keçirilməsinin təxirə salinmasına qərara gəldilər”. 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama