Modern.az

“Mülki əhalinin qəsdən atəşə tutulması mənfur hərəkətdir”- Britaniyalı deputat

“Mülki əhalinin qəsdən atəşə tutulması mənfur hərəkətdir”- Britaniyalı deputat

Aktual

5 İyul 2017, 20:31

İyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonun Alxanlı kəndinin mülki əhalisinin atəşə tutması nəticəsində Quliyeva Sahibə və onun iki yaşlı nəvəsi Quliyeva Zəhranın həlak olması dünyanın əksər ölkələri tərəfindən pislənilir. Modern.az xəbər verir ki,  Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) sorğusuna münasibət bildirən Böyük Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, millət vəkili Bob Bləkman bəyan edib ki, istənilən insan tələfatı təəssüf hissi doğurur: "Lakin iki insanın ölümü ilə nəticələnən dinc sakinlərin qəsdən hədəfə alınması mənfur hərəkətdir. Ermənistan silahlı qüvvələri “təmas xətti” boyunca atəşi dayandırmalı və sülh danışıqlar üçün zəmin yaratmalıdır".

 

Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama