"Qətər ərəb ölkələrinin tələblərini rədd edib və bu təəssüf doğurur". Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu fikirlər Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir xarici işlər nazirlərinin birgə imzaladığı bəyanatda bildirilib.
Birgə bəyanatda ərəb ölkələri Dohanın ultimatumu rədd etmək qərarını təəssüflə qarşıladıqlarını bildiriblər.
Bundan öncə məlum olmuşdu ki, Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir Qətər barəsində tətbiq edilmiş sanksiyaları daha da sərtləşdirmək barədə yekdil qərara gəliblər.
Modern.az