Azərbaycanın "Zirə" futbol klubu UEFA Avropa Liqasının ilk təsnifat mərhələsi çərçivəsində sabah Lüksemburqun "Differdanj 03" klubu ilə qarşılaşacaq. Modern.az xəbər verir ki, oyun Myvideo TV-nin (KATV1 və Myvideo.az internet saytı) efirində canlı yayımlanacaq.
Oyunun canlı yayımı 6 iyul saat 21:00-da olacaq.
Qeyd edək ki, iyunun 29-da Bakıda komandalar arasında keçirilmiş birinci görüşdə "Zirə" klubu 2:0 hesabı ilə qələbə qazanıb.
Modern.az