Modern.az

Daha bir ölkə ölüm hökmünü ləğv edib

Daha bir ölkə ölüm hökmünü ləğv edib

Dünya

5 İyul 2017, 21:12

Daha bir ölkə ölüm hökmünü ləğv edib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Monqol Elində ölüm hökmü və işgəncənin verilməsi haqqında qərar qüvvəyə minib. Bununla da Monqol Eli ölüm hökmü ləğv edilən və işgəncələrin tətbiqi qadağan olunan 105-ci dövlət olub.

Qeyd edək ki, ölkədə sonuncu dəfə ölüm hökmü 2008-ci ildə icra olunub. 2010-cu ildən isə bununla bağlı moratorium tətbiq edilib. Ölkə parlamenti 2015-ci il dekabrın 3-də bu barədə qərar qəbul edib. Bu qərar iyulun 1-dən qüvvəyə minib.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?