Modern.az

Prezidentin rəsmi feysbuk səhifəsində Zəhra ilə bağlı paylaşım - FOTOLAR

Prezidentin rəsmi feysbuk səhifəsində Zəhra ilə bağlı paylaşım - FOTOLAR

Aktual

5 İyul 2017, 21:53

Ermənistan Silahlı Qüvvələrinin Füzulinin Alıxanlı kəndinə atdığı mərmi nəticəsində həyatını itirən 2 yaşlı Zəhra Quliyevanın ölümü Azərbaycanla yanaşı, dünya ictimaiyyətinin də diqqətini çəkib. Modern.az xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyevin rəsmi feysbuk səhifəsində də məsələ ilə bağlı paylaşım edilib.

Belə ki, səhifədə qan içində olan uşaq oyuncağı paylaşılıb və ona prezidentin bununla bağlı sitatı üç dildə əlavə edilib: "Dünya ictimaiyyəti günahsız insanların qətlinə göz yummamalıdır”.

Qeyd edək ki, iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Füzuli rayonun Alxanlı kəndinin mülki əhalisini atəşə tutması nəticəsində Sahibə Quliyeva və onun iki yaşlı nəvəsi Zəhra Quliyeva həlak olub.

 

Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama