Modern.az

Leyla Əliyeva Zəhradan yazdı - FOTO

Leyla Əliyeva Zəhradan yazdı - FOTO

Aktual

5 İyul 2017, 22:20

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ermənilər tərəfindən iki yaşlı Zəhranın ölümünü görə başsağlığı verib. Modern.az xəbər verir ki, Leyla Əliyeva instaqram səhifəsində Zəhranın şəklini paylaşaraq "Allah rəhmət eləsin” yazıb.

L.Əliyevanın paylaşımı qısa müddət ərzində minlərlə izləyici başsağlığı verib.

Qeyd edək ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alıxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

 

Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama