Modern.az

Leyla Əliyeva Zəhraya şeir həsr etdi

Leyla Əliyeva Zəhraya şeir həsr etdi

Aktual

5 İyul 2017, 23:48

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində erməni təxribatının qurbanı olan 2 yaşlı Zəhraya şeir həsr edib. Modern.az xəbər verir ki, Leyla Əliyeva şeiri İnstagram hesabında paylaşıb:

 

Zəhranın xatirəsinə...

 

Niyə öldürdülər, de, səni axı?

O körpə canına necə qıydılar?

İki yaşlı qızın nəymiş günahı –

Aparıb soyuq bir qəbrə qoydular!

Dağları, düzləri sevirdin yəqin,

Qaçırdın otluqda ayağıyalın…

Zərif izlərini kim sildi sənin –

O hansı cəlladdı, o hansı zalım?!_

Heç mavi dənizdə çimmişdinmi sən,

Durub baxmışdınmı uçan quşlara?

İndi hara qaçaq dərdin əlindən,

Kim bizi qərq etdi göz yaşlarına?

Cəllad gülüşüylə durub, yaxından

Tutdular gülləyə, qurşuna səni;

Sənsə köçüb getdin şirin yuxuda...

İlahi, sən özün bağışla məni!

Sıxır ürəyimi, sıxır bu ağrı –

Bu yara heç zaman sağalan deyil!

Nədən o körpəyə qıydınız axı?

Axı neyləmişdi sizə o tifil?

Bağışla məni ki, deyildik tanış!

İndi bütün ölkə yas tutub sənə…

Həyat yollarında addım atmamış

Uçdun mələk kimi uca göylərə!

Niyə öldürdülər, de, səni axı?

Nə cavab verəcək zalım, nə üzlə?

Solan çiçəklərin nədir günahı

O bircə qarışlıq məzarın üstdə...

 

Müəllif: Leyla Əliyeva

Tərcümə: Mahir Qarayev

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama