Modern.az

Hacıqabulda kriminal avtoritet saxlanılıb

Hacıqabulda kriminal avtoritet saxlanılıb

Aktual

6 İyul 2017, 00:09

Hacıqabulda 33 il həbsdə yatan kriminal avtoritet saxlanılıb. Modern.az APA-ya istinadən xəbər verir ki, "Razboynik” ləqəbli kriminal avtoritet narkotik tərkibli çətənə kollarını əkib-becərdiyinə görə saxlanılıb.Məlumata görə, Hacıqabul sakini, M.F.Axundov küçəsi, 35 ünvanında yaşayan 1954-cü il təvəllüdlü Səmədov İlham Ramazan oğlu adı çəkilən ünvanda 9 ədəd narkotik vasitə olan çətənə kollarını qanunsuz əkib-becərdiyinə və aqrotexniki qaydada  qulluq göstərdiyinə görə saxlanılıb.

 Qeyd olunur ki, kriminal aləmdə “razboynik” ləqəbi ilə tanınan İ.Səmədov əvvəllər dəfələrlə oğurluq, quldurluq, adam güllələmə, narkotik vasitələrin qanunsuz dövriyyəsi və bir sıra ağır cinayətlərdə ittiham olunaraq üst-üstə 33 ilə qədər həbsdə olub.

 

Faktla bağlı Hacıqabul polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama