Modern.az

Masallıdakı  yol qəzasında xəsarət alanların kimliyi bilindi

Masallıdakı  yol qəzasında xəsarət alanların kimliyi bilindi

Aktual

6 İyul 2017, 00:37

Masallıda baş verən  yol qəzasında xəsarət alan 4 nəfərin kimliyi məlum olub. Modern.az  APA-ya istinadən xəbər verir ki, bunlar  ”VAZ-2106” sürücüsü Masallının Qızılağac kənd sakini,  48 yaşlı İlham Abbasov, sərnişinlər  - həmkəndlisi, 20 yaşlı Aytac Abıyeva, 29 yaşlı Əsmər Əbilova və Astara sakini,  26 yaşlı Kamran Rəfizadədir.

Məlumata görə, Əsmər Əbilovanın vəziyyəti ağır olduğundan Bakıya evakuasiya olunacaq. Sürücü İlham Abbasovunda vəziyyəti ağır olaraq qalır.

Digər iki nəfərin vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Faktla bağlı araşdırma davam etdirilir.

 

Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama