Modern.az

Latviyanın 1-ci xanımı İçərişəhərdə təndir çörəyi yedi, elektromobilə gəzdi (FOTOLAR)

Latviyanın 1-ci xanımı İçərişəhərdə təndir çörəyi yedi, elektromobilə gəzdi (FOTOLAR)

Təhsil

11 May 2011, 16:59


Ölkəmizdə səfərdə olan Latviya Respublikasının birinci xanımı Lilita Zatlere Bakının tarixi mərkəzi ilə tanış olmaq məqsədi ilə İçərişəhərdə olub. Öncə qonaq “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyəti və İçərişəhərdə abidələrin bərpası sahəsində görülən işlər barədə məlumatlandırılın.

Xanım qonağın gəzintisi dünya əhəmiyyətli abidə olan “Şirvanşahlar Sarayı Kompleksi” ilə tanışlıqdan başlayıb, qonağa Kompleksə daxil olan abidələrin hər birinin tarixi haqqında qısa məlumat çatdırılıb.

Birinci xanım Azərbaycan mətbəxinin nümunəsi olan təndir çörəyinin hazırlanması prosesini izləyib və təzə bişmiş təndir çörəyinin dadına baxıb.

Xanım  Lilita Zatlere Azərbaycanın məşhur rəssamı Tahir Salahovun İçərişəhərdə yerləşən emalatxanasında olub və rəssamla görüşüb. Tahir Salahov qonağa emalatxanada olan rəsm əsərlərini və foto şəkilləri nümayiş etdirmiş  və xatirə hədiyyələri təqdim edib.

Elektromobillərlə davam edən gəzinti zamanı Qonağa İçərişəhərin əsas giriş qapısı olan “Qoşa Qala” qapıları və “Qoşa Qala” qapıları meydanı barədə informasiya verilib.

Xanım Zaltere ölkəmizin ən möhtəşəm abidələrindən olan, bir neçə min illik tarixə malik Qız Qalası və burada yenicə başlamış bərpa və muzey konservasiyası işləri barədə məlumatlandırılıb. Qız Qalasının baxış meydançasına qalxan  birinci xanım buradan şəhərə açılan mənzərəni seyr edib.

Sonda Xanım Lilita Zatlere İçəri Şəhərin Fəxri Qonaqlar Kitabında öz ürək sözlərini və xoş təəssüratlarını qeyd edib.




Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular