Modern.az

Bu gün daha 5 ailə Cocuq Mərcanlıya köçürülür  

Bu gün daha 5 ailə Cocuq Mərcanlıya köçürülür   

Aktual

6 İyul 2017, 10:49


Bu gün Ceyranbatanda məskunlaşan daha 5 ailə Cəbrayılın Cocuq Mərcanlı kəndinə köçürülür.

Bu barədə Modern.az-a Cocuq Mərcanlı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Xanlar Zeynalov məlumat verib.

O hazırda Ceyranbatanda olduqlarını bildirib:
 

“Vətəndaşlar əşyalarını toplayır. Yükləri tam yığdıqdan sonra kəndə yola düşəcəyik”.
 

İyulun 5-də Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki su təsərrüfatı idarəsinin həyətində və ətraf kənddə məskunlaşmış 4 məcburi köçkün ailəsi Cocuq Mərcanlıya yola salınıb.

Qeyd edək ki, birinci mərhələdə kənddə 10 hektar ərazidə 50 fərdi evin və müvafiq infrastrukturun tikintisi aparılıb. Tikilmiş evlərə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən olan və əsasən Bakı şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürüləcək. Ümumi sahəsi 3850 kvadratmetr olan mənzillərin 20-si ikiotaqlı, 25-i üçotaqlı, 5-i isə dördotaqlıdır. Həmin evlərdə 50 ailə yaşayacaq.

İkinci mərhələdə daha 100 evin tikintisi həyata keçiriləcək...

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama