Modern.az

Milli Məclisin iki üzvü sabah Tallinə yola düşəcək

Milli Məclisin iki üzvü sabah Tallinə yola düşəcək

Təhsil

11 May 2011, 17:15

Azərbaycanın GUAM Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Elton Məmmədov və nümayəndə heyətinin üzvü Əli Məsimli “Xarici və daxili təhlükəsizliyin siyasi bağlılığı” mövzusunda parlament seminarında iştirak etmək üçün mayın 12-də Tallinə yola düşəcəklər. Bu barədə Modern.az saytına Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Baltik Assambleyasının təşkil etdiyi bu seminarda mütəşəkkil cinayətkarlığa qarşı mübarizə, miqrasiyaya milli və regional cavabın qiymətləndirilməsi və digər mövzularda fikir mübadiləsi aparılacaqdır. Səfər mayın 14-də başa çatacaq.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular