Modern.az

BANM-ın 20 tələbəsi Türkiyədə təcrübə keçəcək

BANM-ın 20 tələbəsi Türkiyədə təcrübə keçəcək

Aktual

6 İyul 2017, 10:55

Bakı Ali Neft Məktəbinin (BANM) “Kimya mühəndisliyi”, “Neft-qaz mühəndisliyi” və “Proseslərin Avtomatlaşdırılmasımühəndisliyi” ixtisası üzrə 3-cü və 4-cü kurslarda  təhsil alan 20 tələbəTürkiyəyə göndərilir.

 

Onlar SOCAR Türkiyə şirkətinin müəssisələrində istehsalat təcrübəsi keçəcəklər. Ali Məktəbin 16 tələbəsiPetkim-də, 2 tələbəsi - Star-da və 2 tələbəsi – SOCAR Türkiyə şirkətində 2 ay ərzində yay istehsalat təcrübəsi keçmək hüququ qazanıblar.

 

İntensiv qiymətləndirmədən sonra təcrübə proqramında iştirak hüququ qazanmış tələbələr təcrübəyə ikiqrupda göndəriləcəklər. Birinci qrup iyulun 17-dən avqustun 15-dək, ikinci qrup isə iyulun 18-dən avqustun 16-dək təcrübədə olacaqlar. SOCAR Türkiyə şirkətinin müəssisələrindətəcrübə keçərək tələbələr istehsalatprosesi, tikinti-quraşdırma və tamamlama işləri, hazırda fəaliyyət göstərən müxtəlif təyinatlı texnoloji qurğuların işi ilə yaxından tanış olacaqlar. Onlar hər bir qurğunun avadanlığı, orada gedən texnoloji prosesləri, texnoloji reqlamentləri, qurğuların nəzarət və idarəetmə sistemlərinin işini və istehsalat proseslərində sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi tədbirlərinin tətbiqi üsullarını öyrənəcəklər.

 

Qeyd edək ki, bu təcrübənin ənənəvi olaraq hər il davam etdirilməsi nəzərdə tutulur.

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama