Modern.az

Azərbaycanlı deputatın qətnamə layihəsi ATƏT PA-nın gündəliyə salın

Azərbaycanlı deputatın qətnamə layihəsi ATƏT PA-nın gündəliyə salındı

Aktual

6 İyul 2017, 11:26

Belarusun paytaxtı Minsk şəhərində ATƏT Parlament Assambleyasının 26-cı illik sessiyası başlayıb. Öncə Daimi Komitənin iclası keçirilib və sessiyanın gündəliyinə salınacaq qətnamə layihələri müzakirə edilərək səsverməyə çıxarılıb.

 

 Modern.az-ın məlumatına görə,  təqdim olunan 15 qətnamə layihəsindən 14-ü sessiyanın gündəliyinə daxil edilib.

 

Azərbaycan nümayəndə heyətinin üzvü Tahir Mirkişilinin müəllifi olduğu “Multikulturalizm – qloballaşma şəraitində demokratiyanın inkişafında mədəni dəyərlərin rolu” qətnamə layihəsi gündəliyə salınan 7-ci qətnamə layihəsi olub.

 

Qətnamə layihəsi əsasən müxtəlif mədəni dəyərləri qoruyub inkişaf etdirməklə, ATƏT regionunda demokratik inkişafa töhfə vermək və Azərbaycanın sahib olduğu multikulturalizm ənənələrini beynəlxalq hüquq müstəvisində yaymağı nəzərdə tutur.

 

Mirmahmud KAZIMOĞLU

 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama