Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov beynəlxalq QHT-ləri Alxanlı olayına seyrçi qalmaqda suçlayıb. Modern.az xəbər verir ki, N.Məmmədov özünün Facebook səhifəsində bu haqda belə yazıb:
"İnsan haqlarının müdafiəsini özlərinin əsas missiyası hesab edən beynəlxalq QHT-lər Alxanlı kəndini atəşə tutaraq uşaq və nənənin vəhşicəsinə qətli ilə bağlı, görəsən, niyə ağızlarını açıb bir söz demirlər, nə səbəbə susurlar? Qəribədir, deyilmi?"
N.Məmmədov daha sonra qeyd edib: "Hesab edirəm ki, insan haqları məsələsində ədalətli və səmimi olsaydılar, bu sahəyə çox “diqqət yetirən” bir sıra böyük dövlətlərin rəsmiləri də Alxanlıda dinc insanların qətlinə münasibət bildirərdilər. Amma əfsuslar".
Modern.az