Modern.az

“Əl-Qaidə”yə Bin Ladenin oğlu Həmzə rəhbər gəlir

“Əl-Qaidə”yə Bin Ladenin oğlu Həmzə rəhbər gəlir

Təhsil

11 May 2011, 17:30

“Əl-Qaidə” lideri Usamə Bin Ladenin 20 yaşlı oğlu Həmzə Pakistandakı malikanədə keçirilən hərbi əməliyyatdan sonra yoxa çıxıb. Böyük Britaniya KİV-lərinin yaydığı məlumata görə, o villadan qaça bilib. Bin Ladenin 3 arvadı bildirib ki, Həmzəni malikanəyə hücumdan sonra bir daha görməyiblər.
Bir sıra məlumatlara görə, Həmzə atasının etimad göstərdiyi şəxslərdən olub. İngilis xüsusi xidmətinin adının çəkilməsini istəməyən əməkdaşı “Daily Mirror” qəzetinə açıqlamasında bildirib ki, “bu gənc oğlan çox təhlükəli ola bilər”. 
“Əgər o yoxa çıxıbsa, “Əl-Qaidə”nin əsas fiqurlarından biri kimi üzə çıxa bilər. Əgər hərbi əməliyyat zamanı Həmzə qaça bilibsə, deməli terror şəbəkəsində onun böyük etimadı var”-deyə mənbə qeyd edib.

2008-ci ildə saytların birində yerləşdirilən videorolikdə Həmzə ABŞ, Fransa, Böyük Britaniyanı və Danimarkanı darmadağın edəcəkləri ilə bağlı şeir oxuyarkən ortaya çıxıb. Bir sıra məlumatlara görə isə Həmzə 2007-ci ildə Pakistanın keçmiş baş naziri Benazir Bhuttoya qarşı sui-qəsddə iştirak edib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular