Modern.az

"Paris Azərbaycan evi”nin rəhbəri: “Zəhranın qətlinin işıqlandırılması üçün çalışırıq”

"Paris Azərbaycan evi”nin rəhbəri: “Zəhranın qətlinin işıqlandırılması üçün çalışırıq”

6 İyul 2017, 12:20

“Fransa ATƏT-in Minsk qrupunun tərkibinə daxil olduğu üçün Alxanlı təxribatına biganə qalmamalıdır. Bu səbəbdən fransız xalqına, eyni zamanda müxtəlif dövlət qurumlarına müraciət edildi”.

Bunu Modern.az-a açıqlamasında  Parisdəki “Azərbaycan evi”nin rəhbəri, Azərbaycan Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva bildirib. Onun sözlərinə görə həm Assosiasiya, həm də “Azərbaycan evi”  ermənilərin son təxribatını ifşa edən bəyannamə yayıb:

““Azərbaycan Evi” adından Fransa xalqına deklorasiya göndərib iradımızı bildirdik, bu məsələyə ciddi yanaşmalarını və biganə qalmamalarını vurğuladıq. Azərbaycan Dostları Assosiasiyasının bəyanatı Ermənistan silahlı qüvvələrinin 4 iyul tarixində Füzuli rayonunun Alxanlı kəndinin dinc əhalisini hədəfə alan, kənd sakini Sahibə Quliyeva və nəvəsi 2 yaşlı Zəhra Quliyevanın ölümü və daha bir sakinin Sərvinaz Quliyevanın ağır yaralanması ilə nəticələnən sonuncu hərbi təcavüzünü qətiyyətlə pisləyir.

 Hazırda Fransadakı siyasətçilər, senatorlar, deputatlarla mütəmadi olaraq əlaqədəyik. Onların məsələyə öz etirazlarını və fikirlərini bir neçə Fransa mediası vasitəsilə işıqlandırırıq. Təbii ki, bu say get-gedə çoxalır. Bir az sonra da görüşlərimiz var. İş davam edir. Biz tez bir zamanda Zəhra üçün petisiya yaratmağı da nəzərdə tutmuşuq.

Dünəndən etibarən  erməni təxribatı haqqında məlumatları müxtəlif mətbuat orqanlarına göndərməyə başlamışıq və onlar da reaksiya verir. Amma hazırda Fransanın daha nüfuzlu jurnalları və ya digər media orqanlarında bu hadisənin işıqlandırılması üçün çalışırıq”.
 

Qeyd edək ki, “Azərbaycan evi” Ermənistan Silahlı Qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndində törədilmiş hərbi təxribatla əlaqədar bəyanat yayıb.

Bəyanatda Fransada yaşayan azərbaycanlılar adından iyulun 4-ü axşam saatlarında Ermənistan ordusunun Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızının və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızının qətlə yetirilməsi aktı qəti şəkildə pislənilib, həlak olanların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verilib.

“Azərbaycan Evi Fransadakı azərbaycanlılar adından ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanı və bütün dünya icitmaiyyətini Azərbaycanın ərazi bötövlüyünün bərpası üçünErmənistana təzyiq göstərməyə çağırıb

 

Günay RƏSULQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama